"Azərişıq" ASC Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsinə 10 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, «Azrişıq” "Azconstruction" QSC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 9 milyon 984 min 985,76 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.
Azərbaycan prezidenti İlham Əliyev 22 may 2020-ci il tarixində Bakının Qaradağ rayonunda Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
AİZ-nin fəaliyyəti Çin, Hindistan, İran, Rusiya, Mərkəzi Asiyanın Türkiyə və qərb ölkələri ilə ticarətin inkişafı və intensivləşməsində böyük rol oynayacaq. **
N.Abbasova