Çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya ikigünlük səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan”a Türkiyənin səfirlyindən məlumat verilib.
“Bu gün Ərdoğan Azərbaycana gəlib”, - səfirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, çərşənbə günü Azərbaycan və Türkiyə prezdentlərinin görüşü keçiriləcək. Görüşdə həm iki ölkə arasında münasibətlər, həm də Qarabağda son vəziyyət müzakirə olunacaq. İki ölkənin liderləri atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Mərkəzinin yaradılması ilə əlaqədar regionda son vəziyyəti də müzakirə edəcəklər.
O cümlədən, bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Bundan əlavə, Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək. **
N.Abbasova