Ermənistan, Azərbnaycan və Rysiya başçılarının Qarabağ üzrə üçtərəfli bəyanatında dəqiqləşdirilməyə ehtiyac olan çox sayda “qeyri-müəyyənliklər” var. Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Bəyanata hər hansı qoşma və ya əlavələr yoxdur. Lakin danışıqlar prosesi çərçivəsində dəqiqləşdirilməyə ehtiyac olan çox sayda qeyri-müəyyənliklər var”, - Paşinyan parlamentdə deputatların suallarına cavabında bildirib.
Onun sözlərinə görə, yaxın zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir.
“Danışıqlar masasında konkret kağız yoxdur, bütün məsələlərin dəqiqləşdirilməsi üçün danışıqlar aparılmalıdır. Ermənistan hökuməti öz milli maraqlarını müdafiə etmək iqtidarındadır”, - Paşinyan qeyd edib. **