2019-cu ildə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin zərəri 2018-ci ildə 12,08 milyon manat məbləğində gəlirə qarşı 196,971 milyon manat təşkil edib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu məlumatlar MMC-nin 2019-cu il ərzində maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında öz əksini tapıb.
Ötən ilin yekunları üzrə vergiöncəsi zərəri 2018-ci il ərzində 14,969 milyon manat məbləğində vergiöncəsi gəlirlə qarşı 195,607 milyon. 404 min manat təşkil edib. Cəmiyyətin mənfəət vergisi üzrə ödənişləri 1,364 min manat (azalma 52,8%) təşkil edib.
Hesabata əsasən, 2019-cu ildə “Azərbaycan İES” MMC tərəfindən elektrik enerjisinin satış həcmi 269,029 mln. manat (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 1,5%) təşkil edib. Hesabat ilində MMC-nin əməliyyat zərəri 2018-ci ildə 8,678 mln. manat gəlirə qarşı 5,66 mln. manat təşkil edib.
2019-cu ildə stansiyanın xərcləri strukturunda ən iri həcm yanacağ xərcərinin payına düşüb – 200,042 milyon manat (azalma 8,5%).
2019-cu ildə İES-in aktivləri 1,3% - 553,352 mln. manatadək, uzunmüddətli aktivləri 1,5% - 428,75 mln. manatadək, qısamüddətli aktivləri 0,6% - 124,602 mln. manatadək artıb.
2019-cu ildə cəmiyyətin məcmu kapitalı 2,2% - 354,513 mln. manatadək azalıb, nizamnamə kapitalı 5,108 mln. manat (dəyişməyib) məbləğində olub. Bununla yanaşı, 2020-ci ilin əvvəlinə bölüşdürlməmiş ümumi mənfəət 81,595 mln. manata (azalma 3,4 dəfə) bərabərdir.
Ötən il cəmiyyətin öhdəlikləri 8% - 198,839 mln. manatadək artıb.
“Azərbaycan İES” MMC-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.**
N.Abbasova