Dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət başçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular.
Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoydular.
Həmçinin, dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar. **
B.Rüstəmbəyov