Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakıda Zəfər paradında çıxışı zamanı Ermənistana qarşı müharibədə mənəvi-siyasi dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.
“Bu gün tarixi gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən şox şadam ki, Türkiyə prezidenti, əziz qardaşım Rəcəb Tayyip Ərdoğan paradda iştirak üçün dəvətimi qəbul edib. Eyni zamanda, paradda Türkiyənin böyük nümayəndə heyəti, həmçinin türk əsgərləri iştirak edirlər”, - Əliyevb bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Prezident qeyd edib ki, Türkiyənin paradda iştirakı iki ölkə və xalqlar arasında qardaşlığın və dostluğun daha bir nümunəsidir.
“Vətən müharibəsinin ilk saatlarından biz Türkiyənin dəstəyini hiss etmişik. İlk saatlardan etibarən Ərdoğan Azərbaycanın mövqeyini dəstəkləyərək qeyd edib ki, bizim işimiz haqq işidir. Bu məsələ ilə əlaqədar onun birmənalı, sərt bəyanatları Azərbaycan xalqını sevindirdi. Mənim qardaşım deyirdi ki, Azərbaycan bu müharibədə haqılıdır və tək deyil, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, bizim birlyimizin, qardaşlığımızın nümunəsidir”, - prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın hər bir vətəndaşının qürur mənbəyidir.
“Zəfər paradında birgə iştirak etməklə biz növbəti dəfə nəinki xalqlarımıza, həm də bütün dünyaya birliyimizi nümayiş etdiririk”, - Əliyev əlavə edib. **
X.Nəsirzadə