Qarabağda işğal olunmuş torpaqların azad olunması ilə Azərbaycan arzusuna nail oldu və tarixi ədaləti bərpa etdi. Bunu prezidenti İlham Əliyev deyib.
“Bu gün mən qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan arzusuna çatdı, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi. 44 gün ərzində Azərbaycan əsgərləri işğalın sona çatması, ədalətin bərqərar olması üçün döyüşdülər və biz buna nail olduq”, - Əliyev cümə axşamı Bakıda Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə həsr olunan Zəfər paradında çıxışı zamanı bildirib. **
Ə.Məmmədov