Cümə axşamı Bakıda keçirilən Zəfər paradında Ermənistana məxsus qənimət götürülən hərbi texnikası nümayiş olundu. Bu barədə “İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verib.
Xüsusilə, istifadəyə tam yararlı olan D-20 və D-30 topları, müxtəlif zenit qurğuları, “OSA-1T” və “Kub” ZRK-lar, zenit topları və digər hərbi texnika nümayiş etdirildi.
Bunfan başqa, qənimət görürülən Piyadanın DöyüşMaşınları, T-72 tankları nümayiş olundu.
O cümlədən, paradda hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinə məxsus məhv edilən və istifadə üçün yararsız hala düşən hərbi texnikası nümayiş etdirilib. **
R.Əhmədov