Azərbaycanda koronavirus infeksiyasına daha 4 219 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 162,774 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1 793 nəfərə çatıb.
Virusa yoluxmuş 99 min 892 nəfər (sutka ərzində +3 562) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 61 min 89 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 902,584 min test aparılıb.**
X.Nəsirzadə