Bu gün Türkiyə prezident Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə dünya arenasında güc mərkəzinə çevrilib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Türkiyə dünyanın bir çox ölkələrində haqq və ədaləti müdafiə edir, məzlum xalqların maraqlarını qoruyur və ədaləti və beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın bir çox ölkələri üçün nümunədir. Müstəqillik, cəsarət və igidlik nümunəsidir. Türkiyə dünya arenasında güc mərkəzinə çevrilir”, - Əliyev cümə axşamı Bakıda Türkiyə lideri ilə danışıqların yekunlarına dair mətbuat üçün birgə bəyanatda qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir. **
Ə.Məmmədov