Rusiya prezidenti Vladimir Putinin müsbət mövqeyi Dağlıq Qarabağda gərginliyi azaltmağa və prosesləri müsbət məcraya yönəltməyə imkan verib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
“Rusiya prezidentinin müsbət mövqeyi Dağlıq Qarabağda gərginliyi azaltmağa və prosesləri müsbət məcraya yönəltməyə imkan verdi”, - Ərdoğan cümə axşamı Bakıda azərbaycanlı həmkları İlham Əliyevlə danışıqların yekunlarına dair bidirib.
Ərdoğan vurğulayıb ki, Türkiyə və onun sakinləri erməni xalqına nifrət hissi duymurlar. “Bütün problemlər Ermənistan rəhbərliyi ilədir”, - o qeyd edib.
Ərdoğan diqqəti bu gün 100 mindən artıq Ermənistan vətəndaşının qazanc üçün Türkiyədə olmasına yönəldib.
Türkiyə prezidenti Ermənistanla sərhədlərin açılması imkanını şərh edib. “Əgər İrəvan Ankara barəsində müsbət addımlar atarsa, o zaman biz sərhədləri açarıq. Bizim qonşu dövlətlə sərhədləri daima bağlı saxlamaq kimi istəyimiz yoxdur”, - Türkiyə lideri bildirib.
O cümlədən, Türkiyə prezidenti Fransanın Dağlıq Qarabağ ilə bağlı mövqeyini tənqid edib. “Bəzən Parisdə bu məsələ ilə əlaqədar Ankara ilə təmas qurmağa çalışıblar, lakin biz reaksiya verməmişik. Çünki biz Parisin əsl məqsədini çox yaxşı başa düşürük”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti Dağlıq Qarabağın tanınması ilə bağlı fransalı parlamentarilərin qərarını tənqid edib. “Bu törəmənin heç Nikol Paşinyan (Ermənistanın baş naziri - İF) tərəfindən tanınmamasına baxmayaraq, Fransa prezidenti Emmanuel Makron bu təşəbbüsü parlamentdən keçirməyə çalışır. Hər kəs deyir ki, Makron heç siyasəti öyrənməyib”, - Ərdoğan qeyd edib. **
A.Əzizov