Milli Məclisin cümə günü keçirilən plenar iclasında Vüqar Gülməmmədovu yenidən Hesablama Palatasının sədri vəzifəsinə təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Qanunverciliyə əsasən, Hesablama Palatasının sədri 7 il müddətinə təyin olunur.
Gülməmmədov 2013-cü ildə ilk dəfə Hesablama Palatasının sədri təyin edilib və bu postda Heydər Əsədovu əvəz edib. **
Ə.Məmmədov