Milli Məclisin cümə günü keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişikliklər birinci oxunuşda qəbul ediulib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Dəyişikliyə əsasən, prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamından irəli gələrək, hər il 8 noyabr tarixi Zəfər Günü kimi qeyd olunacaq və qeyri-iş günü hesab ediləcək. **
Ə.Məmmədov