2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilir.
2020-ci ilin 10 ayı ərzində ÜDM-in azalması 3,8% təşkil edib
Statistik məlumatlara görə, yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 64 milyard 709,3 milyon manat təşkil edib.
Hesabat dövründə qeyri-neft sektorunda azalma 2,9%, neft-qaz sektorunda – 6,5% təşkil edib.
DSK ÜDM-in azalmasını Azərbaycanda COVİD-19-a koronavirus pandemiyasına görə Azərbaycanda qüvvədə olan məhdudiyyətlərlə izah ediblər.
Statistik məlumatlara əsasən, hesabat dövründə ÜDM-in 34%-i sənaye, 11,3%-i – ticarət, 7,2%-i – ASK, 7,4%-i – nəqliyyat,6,3%-i – tikinti, 2%-i – informasiya və rabitə, qalanı digər sektorların payına düşüb.
ÜDM-də vergilərin payı 9,9% təşkil edib.
11 ay ərzində aAdambaşına ÜDM-in 6 min 485,7 manat təşkil edib.
Azərbaycanda COVİD-19-a görə 2021-ci il yanvarın 31-dək xüsusi karantin rejimi qüvvədədir.
Azərbaycan hökuməti 2020-ci ilin yekunları üzrə ÜDM-in azalmasını dünyada neftin qiymətindən asılı olaraq 2,9%-4,3% səviyyəsində proqnozlaşdırır.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.**
A.Əzizov