2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 12 mlrd. 716,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında neft-qaz sektoruna sərmayə qoyuluşları 8,4% artıb. 11 ay ərzində qeyri-neft sektoruna sərmayələr 11% azalıb.
Bu dövrdə sərmayə qoyuluşlarının ümumi həcmindən 7 mlrd. 958,2 mln. manat (bütün sərmayələrin 62,6%-i) tikinti-quraşdırma işlərinə yönəldilib.
Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 8 mlrd. 374,4 mln. manat (bütün sərmayələrin 65,9%-i) məhsul istehsalı obyektlərinin, 3 mlrd. 185 mln. manat (25%) xidmət sahələri üzrə obyektlərin, 1 milyard 157,2 mln. manat (9,1%) yaşayış evlərinin tikintisinə sərf olunub.
Cari ilin yanvar-noyabr aylarında 4 mlrd. 586,1 mln. manat (bütün sərmayələrin 36,1%-i) əsas kapitala yönəldilmiş sərmayənin, 8 mlrd. 130,5 mln. manat (63,9%) daxili sərmayələrin payına düşüb.
2019-cu ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 2,3% azalıb.**
X.Nəsirzadə