Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan cümə günü bəyan edib ki, Ermənistanın Cənubi Qafqazda “altılıq platforması”nın yaradılması təşəbbüsü çərçivəsində əməkdaşlığı İrəvan üçün faydalı olacaq.
“Əgər Ermənistan bu prosesə qoşularsa (“altılıq platforması” - İF) və bu istiqamətdə müsbət addımlar atarsa, o zaman Türkiyə və Ermənistan münasibətlərində yeni səhifə açıla bilər”, - “Daily Sabah” Ərdoğanın sözlərindən sitat gətirir.
“Altılıq platforması”nın yaradılması təşəbbüsü bu formata Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və İrəvanın razılığı ilə Ermənistanın daxil olmasını nəzərdə tutur. Dünən Azərbaycan prezidenti İlham Əliyev bu təklif ilə çıxış edib.
“Yeni imkanlar yaranarsa, o zaman, Ermənistan da mühüm fayda əldə edəcək. Ermənistan ən çox fayda əldə edəcək tərəf olacaq”, - Türkiyə prezidenti bildirib.
O qeyd edib ki, Rusiya tərəfi “altılıq platforması” təşəbbüsünə müsbət reaksiya verib. **