2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılar 644,7 milyon manat ümumi məbləğdə (cari məzənnə ilə $379,2,1 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilir.
“2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 1,8% və ya 644,7 milyon manat təşkil edib”, - DSK-dan bildirilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 41,9% artıb.
Azərbaycan daxilində əczaçılıq məhsullarının satışının artımı COVİD-19 koronavirus infeksiyası ilə əlaqədardır.
Ötən il Azərbaycanda əczaçılıq məhsullarının satış həcmi 528,1 milyon manat təşkil edib. **
N.Abbasova