Ermənistan səhiyyə nazirliyi Qarabağ müharibəsində həlak olan hərbçilərinin sayı barədə yeni məlumatlar verib – 2 min 996 min nəfər.
“Həlak olan 2 min 996 hərbi qulluqçunun cəsədi məhkəmə-tibbi ekspertizadan keçirilib. Müharibə başlanandan indiyədək yaxınlardan 1 min 816 DNT nümunəsi, həlak olanların cəsədlərindən – 993 DNT nümunəsigötürülüb. DNT əsasında cəsədlərin müəyyəmn edilməsi prosesi davam edir”, - Ermənistan səhiyyə nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Armenpress” dövlət informasiya agentliyinə məlumat verib.
Ermənistan tərəfinin məlumatına görə, hələlik həlak olanların hamısı hərbi idarənin müvafiq siyahısına daxil edilməyib.
Bundan başqa, Qarabağda separatçılar daha 1 min 779 hərbçinin həlak olduğunu etiraf ediblər.
Beləliklə, Ermənistan Qarabağda Azərbaycana qarşı döyüşlərdə 4775 hərbçinin həlak olduğunu etiraf edib. **