Türkiyə və Azərbaycan prezidentlərinin regional təhlükəsizliyin təminatı məqsədilə Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın daxil ola biləcəyi “altılıq platforması”nın yaradılması təşəbbüsünə cavab olaraq Tbilisidə bəyan ediblər ki, hazırki vəziyyətdə RF ilə hər hansı formatda birgə iştirak mümkün görünmür.
Gürcüstanın xarici işər nazirinin müavini Laşa Darsaliya cümə günü bu ölkənin Birinci kanalına bəyan edib ki, RF “özünün beynəlxalq öhdəliklərinin yerinə yetirməyənə qədər” Gürcüstanın hər hansı birgə formatlarda iştirakı mümkün deyil.
Eynui zamanda, Darsaliya qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin səsləndirdiyi təşəbbüsün detalları barədə məlumatı yoxdur. **