Şənbə günü Rusiyanın xarixi işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Bu barədə RF XİN-dən məlumat verilir.
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bəyanatının reallaşdırılmasının praktiki vəzifələri daxil olmaqla, beynəlxalq və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub”, - RF XİN-in saytında dərc olunan məlumatda deyilir. **