Ağdam rayonunda Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi yarləşəcək. Bunu prezident İlham Əliyev deyib.
“Biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək”, - Əliyev şənbə günü Bakıda ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bildirib.
Prezidentin rəyinə görə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. “Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır», - Əliyev əlavə edib. **
A.Əzizov