Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağda vəziyyətin dərəcədə sabitliyini qeyd edir, lakin erməni hərbçilərinin qalıqları tərəfindən törədilən terror aktları ilə əlzaqədar narahatlıq ifadə edib.
“Hazırda Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur», - Əliyev şənbə günü Bakıda ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. “İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik.Lakin ümid edirəm ki, bu, baş verməyəcək”, - Əliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda regionda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. “Ermənistan və Azərbaycan da bunu dəstəkləyib”, - prezident əlavə edib. **
A.Əzizov