Azərbaycanda koronavirus infeksiyasına daha 4 451 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 175,874 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib, ölənlərin ümumi sayı 1 992 nəfərə çatıb.
Virusa yoluxmuş 111 min 918 nəfər (sutka ərzində +4 283) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 62 min 34 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 059 ötən müddət ərzində isə ümumilikdə 1 milyon 953,303 min test aparılıb.**
N.Abbasova