Azərbaycan Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Son günlər ərzində, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir. Həmin ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad edilib”, - XİN-dən qeyd olunur.
Bildirilir ki, rəsmi İrəvanın Azərbaycanın ünvanına iddiaları “əsassızdır və qəbuledilməzdir, çünki təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib". **
N.Abbasova