Azərbaycan şirkətləri 2021-ci ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmiliklərinin Dubay şəhərində keçiriləcək “Gulfood” beynəlxalq qida sərgisində iştirak edəcəklər.
“Qida məhsullarının istehsalçıları olan 15 Azərbaycan şirkəti Dubayda keçiriləcək «Gulfood 2021» sərgisində «Made in Azerbaijan» vahid stendi ilə təmsil olunacaq”, - deyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Sərgidə iştirak etmək istəyən şirkətlər müvafiq müsabiqədən keçməlidirlər.
Sərgidə iştirak etmək üçün seçiləcək şirkətlərin maksimum sayı 15 olacaq.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər 29 dekabr 2020-ci il tarixindən gec olmayaraq təqdim edilməlidir.
Seçim bir neçə meyar üzrə həyata keçiriləcək: sərgidə təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı sahəsində təcrübə.*
B.Rüstəmbəyov