“Azərpoçt” MMC zirehli nəqliyyat vasitələrinin tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir və pul vəsaitlərinin və qiymətli malların daşınması üçün 4 ədəd zirehli nəqliyyat vasitəsinin tədarükünü nəzərdə tutur.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 7 yanvar saat 12:00-dək təqdim etməlidir. Tender proseduru 18 yanvar saat 12:00-da baş tutacaq.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdud lisenziya verib.*
N.Abbasova