Prezident İlham Əliyev bu gün “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” sərəncamın ləğv edilməsi barədə sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Xatırladaq ki, daxili işlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdi.
Azərbaycanda hərbi vəziyyət və komendant saatı 12 dekabr 2020-ci il tarixindən ləğv edilib.*
R.Əhmədov