“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin strukturu) Ağdam rayonunun Quzanlı qəsəbəsində kiçik ölçülü heyvan kəsim məntəqəsinin tikintisi üçün podratçı seçir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Tenderdə iştirak haqqı 500 manatdır.
Təkliflər 18 yanvar 2021-ci il saat 15:00-dək qəbul olunur. Tender proseduru 19 yanvar saat 15:00-da baş tutacaq.
Telefon: (+99412)377-00-20 (daxili: 524). Əlaqələndirici şəxs: Anar Qasımov.
Xəbər verildiyi kimi, AQTA 2020-ci ildə modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması üzrə pilot layihə həyata keçirəcək. Bu məntəqələrdə heyvan kəsimi pulsuz olacaq.
39 rayonda 40 belə məntəqənin yaradılması nəzərdə tutulur. Bu pilot layihə ilə AQTA-nın nəzdində “Süfrə” MMC məşğul olacaq.*
B.Rüstəmbəyov