Qlobal Ekoloji Fondun (QEF) Şurası BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda deqradasiyaya uğramış torpaqların və bioloji müxtəlifliyin bərpası üzrə layihəsinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib.
QEF-in məlumatına görə, layihə torpaqların deqradasiyasının neytrallaşdırılması ilə bağlı məqsədlərin, həmçinin Abşeron yarımadasında deqradasiyaya uğramış torpaqların bərpasına kömək etməklə torpaq ehtiyatlarının dayanıqlı idarə olunması üzrə pilot layihələrin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinin dəstəklənməsinə yönəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən layihənin dəyəri $19 milyon 31,781 min təşkil edir ki, bunun da $2 milyon 91,781 mini QEF-in qrantı, daha $198,719 mini isə Fondun müxtəlif agentliklərinin vəsaitləridir.*
Ə.Məmmədov