Bakı və İrəvan “hamını hamıya” prinsipi ilə hərbi əsirləri dəyişib. Bu barədə bazar ertəsi Dağlıq Qarabağda Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradov məlumat verib.
“Bu gün Rusiya, Azərbaycan və Ermənistan lidelərinin 9 noyabr tarixli bəyanatına əsasən, “hamını hamıya” prinsipi ilə əsirlərin mübadiləsi həyata keçirilib”, - o brifinqdə bildirib.
“Nəticədə, mənim şəxsi nəzarətim altında RusiyaFederasiyasınınHərbi KosmikQüvvələrinə məxsustəyyarəilə 12 nəfər Bakıya gətirilərək Azərbaycanın aidiyyəti orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi 44 nəfəri qaytarıb, həmin şəxslər mənimlə Erebuni aerodromuna qayıdıblar”, - komandan məlumat verib.
Muradov bəyan edib ki, mübadilə prosesi öncəsi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan və Ermənistan tərəfləri ilə böyük hazırlıq işi aparılıb.
“Rusiya sülhməramlıları gələcəkdə də üçtərəfli sazişin şərtsiz icrasına imkan yaradacaqlar”, - komandan bildirib. **