Azərbaycan Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sisteminə daha 2 bank inteqrasiya olunub. Bu barədə AMB-dən məlumat verilir.
“Yelo Bank” ASC, “ACCESS Bank” QSBvə“Azəripoçt” MMCyaradılmış yeni infrastruktura inteqrasiya olunmuşdur. Beləliklə qeyd olunan bu qurumların müştəriləri də digər iştirakçıların müştəriləri olan fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanından istifadə etmək imkanı əldə etmişlər”, - məlumatda qeyd olunur.
Öncə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC , “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Premium Bank” ASC, “Muğanbank” ASC, “Bank Avrasiya” ASC, “Expressbank” ASC, “AFB Bank” ASC, “Günay Bank” ASC, “Naxçıvanbank” ASC, “Ziraat Bank Azərbaycan” ASCvə“Melli İran Bankı”Bakı filialı AÖS-ə inteqrasiya olunmuşdur.
2020-ci il 1 oktyabr tarixində Azərbaycan Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilib. AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmayacaq. Ani Ödənişlər Sisteminin real rejimdə istismara verilməsi ödəniş əməliyyatlarını 5-10 saniyə ərzində həyata keçrimək imkanı yaradır. Sistemin yaradılması ilə İsveçrənin «CMA Small Systems AB» şirkəti məşğul olub.
AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək. **
Ə.Məmmədov