Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Əsas məqsədli fəaliyyətin idarə edilməsi sistemi"nin yaradılmasına 274 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “SA Consulting” MMC ilə müvafiq saziş bağlanıb.
Müqavilənin dəyəri – 273,996 min manatdır.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.**
B.Rüstəmbəyov