Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq Bakıya gətirilmiş hərbi qulluqçuların və mülki vətəndaşların siyahısını açıqlayıb.
Ümumilikdə, siyahıya Azərbaycana qaytarılan 14 nəfərin adı yer alıb. Onlardan 12 nəfər hərbi qulluqçu, 2 nəfər – mülki şəxsdir.
“Hazırda həmin şəxslər müayinə və müalicə olunurlar”, - Komissiyadan qeyd olunur. **
R.Əhmədov