2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 39,5 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 milyard 669,8 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin hesabat dövründə birbaşa xarici investisiyaların həcmi 27% artıb.
I rübdə ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1,2 milyard, II rübdə $0,9 milyard, üçüncü - $1,3 milyard təşkil edib.
Hesabat dövründə birbaşa xarici investisiyaların 85,3%-i (2019-cu ilin üç rübü ərzində 84,2%-i) neft-qaz sektorunun payına düşüb.
2020-ci ilin 9 ayı ərzində qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $497,1 milyon (artım 18%), xüsusi çəkisi 14,7% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətləri xaricdə $519,5 milyon (azalma 689,8%), o cümlədən neft-qaz sektoruna $145,8 milyon (azalma 83,4%), digər sektorlara $373,7 milyon (azalma 52,4%) məbləğində birbaşa investisiya yatırıb.
2019-cu ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4,9% artaraq $4,3 milyard təşkil edib.**
Ə.Məmmədov