Trans Adriatik Boru Kəmərinin (TAP)doldurulması məqsədilə Cənub Qaz Dəhlizi ilə 70 milyon kubmetr Azərbaycan qazı tədarük olunub. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz bəyan edib.
“CQD-nin son halqası olan TAP-ın tikintisinin başa çatdırılması xəbərini sevinclə qarşıladıq. İndiyədək TAP-ın doldurulması məqsədilə 70 milyon kubmetr qaz nəql etmişik. Ən yaxın zamanda TAP ilə kommersiya nəqlinin başlanmasını gözləyirik”, - Dönməz çərşənbə axşamı bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
O, həmçinin məlumat verib ki, indiyədək Cənubi Qafqaz Boru Kəməri magistralı ilə Türkiyəyə 71 milyard kubmetr Azərbaycan qazı tədarük olunub, 2018-ci il iyunun sonundan və indiyədək TANAP ilə - 8,1 milyard kubmetr qaz nəql olunub. **
N.Abbasova