Çərşənbə axşamı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Örl Litzenbergerlə görüşüb. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
“Görüş zamanı ABŞ-ın səfiri qeyd edib ki, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaq. O vurğulayıb ki, ABŞ hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır”, - Prokurorluğun məlumatında qeyd olunur. **
X.Nəsirzadə