Dekabrın 16-dan Rosselxoznadzor Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor tədarükünə icazə verib.
Xidmətin məlumatına görə, bu qərar AQTA-nın nümayəndələri ilə bir neçə danışıqların yekunlarına dair qəbul olunub. Danışıqlar zamanı Azərbaycan tərəfi monitorinq tədbirlərinin nəticələrini təqdim edib.
“Təqdim olunan məlumatların analizinin nəticələrinə əsasən, Rosselxoznadzor 16 dekabr 2020-ci il tarixindən etibarən Agentliyin zəmanəti ilə Xızı rayonunda yerləşən “Aqroterm” MMC müəssisəsindən Azərbaycandan pomidorların gətirilməsini mümkün hesab edir”, - məlumatda deyilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Hazırda daha iki istixana təsərrüfatlarının məhsullarının gətirilməsi ilə bağlı icazənin verilməsi məsələsi müzakirə mövzsudur. **