Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, polkovnik Elçin Adıgözəlova və polkovnik Etibar İsmayılova general-mayor ali hərbi rütbəsi verib.
Bundan başqa, daxili xidmət polkovniki Hikmət Abbasova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib. **
R.Əhmədov