Hazırda Serbiya Rusiya qazının tədarükünə alternativ görmür. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Biz indiyədək Ukrayna və Macarıstandan keçməklə Rusiya qazı idxal etmişik. Bu, bizim üçün ən ucuz aldığımız qaz idi. Hər dəfə amerikalılar bizdən soruşanda ki, niyə digər qaz almayasınız, biz deyirdik, - bəli, problem yoxdur. Mən söhbət etmək üçün üç dəfə Əliyevin (Azərbaycan prezidenti - İF) yanına getmişəm”, - Vuçiç çərşənbə axşamı Belqradda RF XİN başçısı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. Bu barədə “İnterfaks-Azərbayan” məlumat verir.
Dövlət başçısının sözlərinə görə, “biz dedik – daha ucuz qiymətə qaz verin, biz daha bahalı qaz almayaq”. Lakin, onun qeyd etdiyi kimi, nəticədədə “Serbiya üçün kifayət qədər qaz olmadı”.
“Hər dəfə daha ucuz qiymətə qazın harada olması ilə bağlı sual verərkən biz cavab almamışıq... İndi biz daha ucuz qiymətə qaz əldə edə bilərik? Mən hələ belə bir şey görməmişəm”, - Vuçiç vurğulayıb.
“Serbiyadan məgər kimsə daha baha qiymətə qaz ala bilər? Və hansı yol ilə Serbiyaya nəql olunacaq? Kiminsə siyasi maraqları xatirinə daha baha qiymətə qaz alaq? Mən belə edə bimərəm. Bunu xalqa necə izah edim?”, - Serbiya prezidenti bildirib.
“Hansı qazı alacağımıza gəlincə isə, hər kəs öz işi ilə məşğul olsun. Biz ən yaxşı, ən ucuz qiymətə qaz alacağıq”, - Vuçiç bildirib. **