2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $639 milyon təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 4,3 dəfə - $639 milyona qədər azalıb. Turizm xidmətləri balansının kəsiri 2019-cu ilin 9 ayına olan $80 milyon məbləğində profisitə qarşı $66,2 milyon təşkil edib”, - deyə AMB-dən cari ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansına istinadən qeyd ediblər.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $352,6 milyon məbləğində turizm xidmətləri göstərilib. “Bu məbləğin 87%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov