2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq 23 milyard 421,9 milyon kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Noyabrda 2 milyard 120,57 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Cari ilin yanvar-noyabr aylarında elektrik enerjisinin istehsalı İES-lərdə 22 milyard 92,3 milyon kVt·st (artım 1,3%), SES-lərdə 1 milyard 13,3 milyon kVt·st (azalma 31,7%) təşkil edib.
Bu dövrdə alternativ mənbələr üzrə elektrik enerjisinin istehsalı 316,3 milyon kVt·st (azalma 0,3%) olub. Külək elektrik stansiyalarında 88,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 45,1 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 182,4 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 20 milyard 878,2 milyon kVt·st (Azərbaycanda elektrik enerjisi istehsalının 89,1%-i), Naxçıvan MR-in enerji obyektləri üzrə 397 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2 milyard 77,5 milyon kVt·st, “Azərişıq” ASC-nin külək stansiyası üzrə 69,2 milyon kVt·st təşkil edib.
Yanvar-noyabr aylarında elektrik enerjisinin ixracı 990,24 milyon kVt·st (azalma 20,5%), idxalı isə 125,6 milyon kVt·st (azalma 2,2%) təşkil edib.*
N.Abbasova