“Azərişıq” ağıllı şəbəkələrin idarəetmə mərkəzinin server infrastrukturunun yaradılması, məlumat mərkəzləri şəbəkələrinin birləşdırılməsi, çağrı mərkəzinin proqram təminatı, telekonfrans sisteminin tətbiqi, SCADA və şəbəkə sistem avadanlıqlarının yenilənməsi üçün podratçı seçir.
Seçim açıq tender metodu ilə həyata keçirilir.
Tenderdə lazımi texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilərlər.
Tenderdə iştirak haqqı 1,5 min manatdır.
Təkliflər 3 fevral 2021-ci il saat 16:00-dək qəbul olunur. Tender proseduru 4 fevral saat 16:00-da baş tutacaq.
Telefon: (+99412) 440-39-93 (daxili: 29-18). Əlaqələndirici şəxs: Emil Əliyev.
“Azərişıq” ASC-nin qiymətləndirmələrinə görə, müqavilənin dəyəri $3 milyonu ötür.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov