Azərbaycan Belarusdan lift almağa başlaya bilər.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov "Mogilyovliftmaş" müəssisəsinə baş çəkib və yüksək texnoloji lift avadanlıqlarının istehsalı və Sərgi Mərkəzinin ekspozisiyası ilə yaxından tanış olub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyi müəssisənin məlumatına istinadən xəbər verir.
"Müəssisə rəhbərliyi ilə danışıqlar zamanı Belarus liftlərinin Azərbaycana tədarük perspektivləri müzakirə olunub", - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə