2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 31 milyon 668,1 min ton neft hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 7,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında əmtəəlik neft hasilatı 7,8% - 31 milyon 554,3 min tonadək azalıb.
Hesabat dövründə Azərbaycanda 33 milyard 348,7 milyon kubmetr qaz (artım 3,6%) hasil edilib. Əmtəəlik qaz hasilatı 23 milyard 557 milyon kubmetr (artım 6,4%) həcmində olub.*
N.Abbasova