2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 4% - 6 milyard 564,1 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 51,6%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 4 milyard 844,3 milyon manat (artım 4,4%) təşkil edib.
Emal sənayesinə 1 milyard 115,5 milyon manat (artım 22,1%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşları 293 milyon manat (azalma 23,9%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 milyard 671,1 milyon manat (azalma 0,3%), rabitə və informasiya sahəsinə 152,2 milyon manat (azalma 37,4%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 290,9 milyon manat (azalma 27%), təhsil sahəsinə 182,4 milyon manat (azalma 33%) investisiya qoyuluşu həyata keçirilib.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
2019-cu ildə sənaye sahəsinə investisiya qoyuluşları 8 milyard 628,8 milyon manat məbləğində olub ki, bu da 2018-ci ilin göstəricisindən 0,4% azdır.*
B.Rüstəmbəyov