Rusiya Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Hadrut rayonunda Rusiya sülhməramlılarının Azərbaycan qoşunları tərəfindən mühasirəyə alınması barədə bəyanatını təkzib edib.
"Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin guya mühasirəyə alınması barədə məlumatlar həqiqətə uyğun deyil", - deyə nazirliyin məlumatında bildirilir.
Ermənistanın baş naziri bu gün bəyan edib ki, Rusiya sülhməramlıları Hadrut rayonunda Azərbaycan qoşunlarının mühasirəsindədir.*