Dekabrın 17-də Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan Rusiyaya yola düşəcək.
“Mqer Qriqoryan Ermənistan-Rusiya iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Rusiyaya ezam edilir”, - hökumətin saytında dərc olunan Ermənistanın baş naziri Nikol Paşinyanın qərarında deyilir.
Qərarda qeyd olunur ki, dekabrın 17-də Qriqoryan Sankt-Peterburqda, dekabrın 17-dən 19-dək isə Moskvada olacaq. **