Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cümə axşamı Brüssel şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə XİN-in Mətbuat Xidməti idarəsi məlumat verir.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb”, - məlumatda qeyd olunur.
Məlumata görə, səfər çərçivəsində nazir Bayramov Avropa İttifaqı, həmçinin Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. **
X.Nəsirzadə