Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 31-də Yeni il ərəfəsində müraciətində istefası barədə elan edə bilər. Bu barədə cümə axşamı Ermənistanın “Qraparak” qəzeti yazır.
“Paşinyan dekabrın 31-də Yeni il ərəfəsində müraciətində istefası və növbədənkənar parlament seçkiləri barədə elan edəcək”, - nəşr öz mənbələrinə istinadən məlumat verir.
“İnterfaks” digər mənbələrdən bu məlumatın təsdiqini əldə etməyib.
Qeyd olunur ki, Seçki Məcəlləsinin dəyişdirilməsi prosesi sürətləndirilib. **