2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 875,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 20,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-noyabr ayları ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 157,2 milyon manat (azalma 4,8%) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 8 milyon 747,3 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 3,9 dəfə çoxdur. Bu artım prezident İlham Əliyevin bəzi çoxmərtəbəli yaşayış binalarının istismarının sadələşdirilməsi haqqında imzaladığı fərmanın həyata keçirilməsi ilə əlaqədardır.**
B.Rüstəmbəyov